Mbappe “Real”ı rədd etsə sərvət qazanacaq

PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Kilian Mbappenin necə qərar verəcəyi maraq doğurur.

Metbuat.az xəbər verir ki, ulduz futbolçu Superkubok matçından sonra gələcəyi ilə bağlı hələ qərar vermədiyini bildirib. Fransa mətbuatı Mbappenin PSJ-də qalacağı təqdirdə qazanacağı sadiqlik bonusundan yazıb. Məlumata görə, Kilian Mbapenin adı “Real Madrid”lə hallansa da, futbolçu PSJ-də də qala bilər. Mbappenin PSJ ilə müqaviləsi 2 mövsüm əvvəl başa çatanda idman ictimaiyyəti fransız ulduzun “Real Madrid”ə gedəcəyini düşünürdü. Bununla belə, Mbappe PSJ-də qalmağa üstünlük verib. Mbappe PSJ-də qalacağı təqdirdə 80-100 milyon avro sadiqlik bonusu qazanacaq.

Kilian Mbappe PSJ-də 233 matçda meydana çıxıb. Mpappe bu matçlarda 234 qol vurub və 100 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR