APL-də mövsümün ən gənc 5 futbolçusu açıqlandı - SİYAHI

Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün ən gənc 5 futbolçusu açıqlanıb.

Metbuat.az xəbər verir ki, ilk yarıda 18 yaşadək iki futbolçu meydana çıxıb.

İlk iki dövrənin hər iki gənc oyunçusu “Sumqayıt”ın üzvüdür. İlk turda şans qazanan Nihad Əhmədzadə mövsümün ən gənc futbolçusudur. Sənan Muradlı isə bu siyahıda ikincidir.

Onlardan başqa daha bir futbolçu 19 yaşadək Premyer Liqa matçına çıxıb. Bu, “Turan Tovuz”un oyunçusu Cavid Qasımovdur.

Mövsümün ən gənc 5 futbolçusu:

1. Nihad Əhmədzadə (“Sumqayıt”) – 17 yaş 12 gün
05.08.2023. Səbail – Sumqayıt 1:4

2. Sənan Muradlı (“Sumqayıt”) – 17 yaş 338 gün
08.12.2023. Sumqayıt – Qarabağ 1:6

3. Cavid Qasımov (“Turan Tovuz”) – 18 yaş 58 gün
28.10.2023. Turan Tovuz – Kəpəz 4:0

4. Cavad Kərimov (“Kəpəz”) – 19 yaş 20 gün
06.08.2023. Kəpəz – Neftçi 1:0

5. Nəriman Axundzadə (“Qarabağ”) – 19 yaş 104 gün
05.08.2023. Qarabağ – Zirə 0:1


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı