Mahmud Abbas Qahirəyə səfər etdi

Fələstin Prezidenti Mahmud Abbas İsrailin Fələstin ərazisinə hücumlarını və atəşkəs rejimini müzakirə etmək üçün Qahirəyə gedib.

Metbuat.az xəbər verir ki, Fələstinin rəsmi agentliyi “WAFA”nın xəbərinə görə, Abbas Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Qahirəyə səfər edib. Abbas-Sisi görüşündə İsrailin fələstinlilərə qarşı müharibəsini dərhal və həmişəlik dayandırmaq üçün görülən işlərin müzakirə ediləcəyi gözlənilir.

Görüşdə həmçinin Qəzza zolağında baş verən humanitar fəlakətlə mübarizə yolları, Fələstin xalqının deportasiya cəhdlərinin qarşısının alınması, Misir və ərəb ölkələrinin, o cümlədən regional və beynəlxalq səviyyədə İsrail qüvvələrinin hücumlarını dayandırmaq üçün göstərdiyi səylər müzakirə ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı