Azərbaycanda seçicilərin sayı açıqlandı

Azərbaycanda 6 milyon 300 mindən artıq seçici var.

Metbuat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Rövzət Qasımov bildirib.

“Ümid edirik ki, seçici məlumatlarının yoxlanması üçün təqdim olunan imkanlar seçici sayının daha da artmasına rəvac verəcək. Beləliklə, arzuladığımız kimi mükəmməl olmasa da, mükəmmələ yaxın seçici siyahılarımız olacaq”, - deyə MSK sədrinin müavini qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR