Tanınmış futbolçunun əməli təqdir edildi - VİDEO

Seneqal millisinin futbolçusu Sadio Mane ölkəsində xeyriyyəçilik fəaliyyəti ilə yenidən gündəm olub.

Metbuat.az xəbər verir ki, "Əl-Nəsr" klubunda çıxış edən 31 yaşlı futbolçu Seneqalda stadion tikdirib. "Bambali" adındakı stadion Manenin Seneqaldakı kəndində inşa olunub. Açılış mərasiminə Mane ilə yanaşı Seneqalın bir neçə vəzifəli şəxsi də qatılıb.

Qeyd edək ki, Mane 2022-ci ildə həmin stadionun tikildiyi ərazidəki palçıqlı meydanda futbol oynayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı