Zahid Orucun ictimai vəkilləri müəyyənləşdi

Prezidentliyə namizəd Zahid Orucun ictimai vəkilləri məlum olub.

Bu barədə Metbuat.az-a prezidentliyə namizədin Seçki Qərargahından məlumat verilib.

Bildirilib ki, Seçki Qərargahının sədri professor Tahirə Allahyarova, ictimai vəkillər isə Əziz Əlibəyli, Elnur Çıraqov, Tural İsmayılov, Aytən Babayeva, İlyaz Hüseynov, Əfqan Vəliyev və Şəhla Cəlilzadə təyin edilib.

Qeyd edək ki, bu il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı