Azərbaycanda turizm polisinin yaradılması təklif olunub

Azərbaycanda turizm polisinin yaradılması təklif olunub.

Metbuat.az xəbər verir ki, bu barədə "Azərbaycan Turizm Blogerləri Assosiasiyası" (ATBA) İctimai Birliyinin idarə heyətinin üzvü Mirsəməd Cəfərli Turizm sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar mövzusunda forumunda keçirilən panel müzakirələrində deyib.

"Turizm polisi turistlərin təhlükəsizliyinin təmin olunması üçün nəzərdə tutulmuş xüsusi polis bölməsidir. Onlar turistlərə qarşı cinayətlərlə bağlı vəziyyətlərdə kömək göstərə, məlumat və təhlükəsizliklə bağlı məsləhətlər verə, eləcə də, turistlər ölkədə olduqları müddətdə baş verə biləcək müxtəlif problemlərin həllində onlara kömək göstərə bilər.

Turizm polisi artıq bir sıra ölkələrdə - Malayziya, Tailand və hətta Özbəkistanda - fəaliyyət göstərir. Azərbaycanda da turizm polisinin yaradılması yaxşı olardı", - o deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı