“Sabah”ın futbolçusu “Kəpəz”ə keçdi

“Sabah”ın futbolçusu Camal Cəfərov “Kəpəz”ə keçib.

Paytaxt klubunun mətbuat xidmətindən məlumata görə, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yarımmüdafiəçisi ilə bu mövsümün sonuna kimi icarə müqaviləsi imzalanıb.

Qeyd edək ki, “Sabah” daha əvvəl digər futbolçusu İldar Alekperovu “Araz-Naxçıvan”a icarəyə verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR