Ukrayna bu həmləni etsə Rusiya nüvə silahından istifadə edə bilər

Ukraynanın Rusiya ərazisindəki raket buraxılış sistemlərini vurmaq cəhdi nüvə silahından istifadə etmək üçün səbəb ola bilər.

Metbuat.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev belə deyib. Medvedev teleqram kanalında verdiyi açıqlamada Ukraynanın “Rusiya ərazisindəki raket buraxılış sistemləri vurulmalıdır” bəyanatını dəyərləndirib.

Bunun "təcavüz" sayılacağını bildirən Medvedev, "Bu, özünümüdafiə haqqı deyil, açıq şəkildə nüvə silahı istifadə etməyimiz üçün bir səbəbdir" deyə bildirib. Rusiya ordusunun Ukraynadakı hərbi qüvvələrə davamlı olaraq hücum etdiyinə diqqət çəkən Medvedev, hücumlarda nüvə silahı istisna olmaqla, müxtəlif silahlardan istifadə edildiyini bildirib.

Qeyd edək ki, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat bildirib ki, Kiyevin Rusiyanın S-300 raketlərini vurmaq üçün lazımi qədər qüvvəsi yoxdur və bu səbəbdən Rusiya ərazisindəki buraxılış sistemləri vurulmalıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı