​“Zəngəzur türk dünyasını birləşdirən körpüdür” – Kamran Məmmədli

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində Zəngəzur dəhlizi, sülh müqaviləsi, delimitasiya-demarkasiya prosesi, işğal altındakı 8 kənd və digər məsələlərlə bağlı səsləndirdiyi fikirlər, ölkəmizin mövqeyinin həmişəki kimi aydın, birmənalı və prinsipial şəkildə ifadə olunması Ermənistanda geniş əks-səda doğurub.

Bu barədə Metbuat.az-a açıqlama verən siyasi şərhçi Kamran Məmmədli bildirdi ki, Prezidentin çıxışından da məlum oldu ki artıq yeni bir dönəm başlayır və bu dönəmdə Azərbaycanın növbəti 30-50 illik milli ideyası və hədəfləri müəyyən olunur:

Qərb Putinə qarşı sui-qəsdə hazırlaşır?- AÇIQLAMA - Editor.az

“Hər yeni dövrün öz yeni hədəfləri olmalıdır. Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə olunub. Bundan öncəki bizim əsas hədəfimiz və milli ideyamız ərazilərimizin işğaldan azad olunması idi. Bu hədəf xalqımızın birliyi, ordumuzun cəsarəti və şəhidlərimizin qanı ilə artıq reallaşıb .Bu baxımdan yeni dönəmə yeni ideya və hədəflər ilə daxil olmağımız mühimdir. Ölkə başçısının da dediyi kimi, biz hazırda yeni müharibə istəmirik və buna hazırlaşmırıq. Ancaq yeni hədəflərimizə doğru mövcud şərtlərə uyğun olaraq irəliləməyi düşünürük .

Zəngəzur ideyasının tarixi hələ 1970-ci illərdən diqqət mərkəzində olub. Azərbaycan xalqının mənfur düşməni Zori Balayan özünün "Ocaq" əsərində Zəngəzurun və xüsusi ilə Zəngəzur dəhlizinin bağlı qalmasını zəruri saymış,məhz Zəngəzurun Turan ideyasının önünü kəsdiyini bildirmişdi.

Hələ 1970-80-ci illərdə, keçmiş ölkə başçısı mərhum Heydər Əliyev siyasi büronun üzvü olduğu zaman Mehridən keçən Naxçıvan-Bakı avtomobil yolunu açmaq istəsədə, Ermənistan KP MK katibinin etirazlarından sonra layihə yarımçıq qaldı. Çünki mənfur düşmən və onların havadarları çox gözəl bilirdilər ki, Zəngəzurun Azərbaycanın nəzarətinə keçməsi və yaxud oradan dəhlizinin açıIması türk dünyasının coğrafi birləşməsidir” .

Zəngəzurun Türk dünyasını birləşdirən körpü olduğunu vurğulayan siyasi şərhçi vacib bir məqama da toxunaraq bildirdi ki, dəhliz bir çox ölkəyə dividentlər gətirəcək.

“Oradan keçən nəqliyyat, kommunikasiya,infrastruktur layihələri bütün türk dünyasını birləşdirməklə yanaşı, eyni zamanda, digər ölkələr, o cümlədən Ermənistanın özü üçündə əlavə imkanlar yaradacaqdı Lakin Ermənilər öz havadarlarının bu tapşırığını yerinə yetirməklə bir daha özlərinin heçdə sülh meyilli olmadıqlarını və müstəqil siyasət yürütmədiklərini nümayiş etdirmiş oldu.

Ancaq bütün bu maneələrə baxmayaraq 2020-ci ildə Azər­baycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr tarixli üçtərəfli bəyanatı ilə Azərbaycan tarixi uğur əldə etdi. Həmin bəyanatın 9-cu bəndini əsasən Ermənistan bölgə­dəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa etməli, Azərbaycan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklə­rin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etməlidir. Bu baxımdan biz yeni dövrdə Ermənistanın beynəlxalq münasibətlərdə öz üzərinə götürdüyü öhdəliklər , tarixi həqiqətlər və xəritələr üzərindən onlara qarşı yeni strategiyalar qurmalı və yeni hədəflər müəyyən etməliyik” .

Ekspert qeyd etdi ki, paralel olaraq Azərbaycan vətəndaşlarının Qərbi Azərbaycana integrasiya üzrə plan həyata keçirilməli bu yöndən beynəlxalq müstəvidə fəaliyyət gücləndirilməlidir:

“Qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış Qərbi Azərbaycan vətəndaşlarımızın hüquqlarının bərpa edilməsi və onların öz doğma torpaqlarına qayıtmaları üçün yeni strategiya hazırlamalıyıq. Biz əminik ki, ölkə başçısınında vurğuladığı kimi bu yeni milli ideya və hədəflər ilə biz mütləq Zəngəzura qayıdacayıq” .

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı