Azərbaycana maliyyə axınları ARTIB

2023-cü ilin IV rübündə Azərbaycanda maliyyə axını 43,3 milyard manat təşkil edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 12,4 % çoxdur.

Metbuat.az xəbər verir ki, ötən rüb ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə (32,9 %), topdan və pərakəndə ticarət (13,6%) və tikinti (9,9 %) olub.

Son 1 ildə daxilolmalarda artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahəsi isə dövlət idarəetməsi və müdafiə (1,9 milyard manat artım) və nəqliyyat və anbar təsərrüfatı (1,8 milyard manat artım) olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı