ABŞ Yaxın Şərqə əlavə qüvvə göndərməyi planlaşdırmır

ABŞ Yaxın Şərq regionuna hələ ki əlavə hərbi birləşmələr göndərməyi planlaşdırmır.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib. “ABŞ-nin regiona əlavə qüvvələr göndərməsi kontekstində elan edəcəyimiz yeni heç nə yoxdur”, - o deyib. Bununla belə, P.Rayder vurğulayıb ki, Pentaqon lazım gələrsə, dünyanın istənilən yerində ABŞ hərbi qüvvələrinin sayını artırmağa qadirdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı