Pakistanın Kəraçi şəhərində minlərlə insan İsrailin Qəzzaya hücumlarına etiraz edərək Fələstin xalqı ilə həmrəylik nümayişi keçirib.
Metbuat.az xəbər verir ki, Camaat-i İslami Partiyasının təşkil etdiyi yürüş çərçivəsində minlərlə insan Kəraçinin Şər-i-Feysal rayonunda bir araya gəlib. Fələstin bayraqları daşıyan nümayişçilər İsrail və ABŞ əleyhinə şüarlar səsləndiriblər. Etirazçılar əllərində "Qəzzada soyqırımı dayandırın" yazılı plakatlar daşıyaraq Fələstin xalqı ilə həmrəy olduqlarını vurğulayıblar.
Yürüşdə Kəraçidəki xristian və hindu icmasının liderləri də iştirak edib.