Bakıda bir gündə 75 nəfər buzlu yolda yıxıldı- RƏSMİ


Bakıda qarlı hava şəraiti ilə bağlı 75 nəfər xəsarət alıb.

Bu barədə Metbuat.az-a Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan məlumat verilib. Məlumatda bildirilir ki, instituta dünən 137 nəfər müraciət edib. Onlardan 75 nəfəri hava şəraiti ilə əlaqədar olaraq müxtəlif sınıq və əzilmə xəsarətləri olan vətəndaşlardır. Xəsarət alanlardan 4-ü travma, 4-ü isə stasionara yerləşdirilib. Vəziyyətləri həkimlər tərəfindən yaxşı qiymətləndirilir. Digərlərinə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.

Qeyd edək ki, əvvəlki günlərlə müqayisədə ciddi fərq olmayıb. Belə ki, digər günlərdə 140, 127, 114 nəfər müxtəlif travmalarla İnstitutun təcili tibbi yardım şöbəsinə müraciət ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı