İraq İrandakı səfiri Nasir Abdul Mohseni məsləhətləşmələr üçün geri çağırıb.
Metbuat.az bu barədə İraqın Xarici İşlər Nazirliyi açıqlama verib. İraq, İslam İnqilab Keşikçiləri Korpusunun Ərbil şəhərini raket atəşinə tutmasından sonra belə qərar verib. İraq Prezidenti Əbdüllətif Camal Rəşid İranın hücumu pisləyib.
Qeyd edək ki, İran İslam İnqilab Keşikçiləri Korpusu İraqın Ərbil şəhərində bir çox əraziyə raket və pilotsuz uçuş aparatı hücumlar təşkil edib.İran tərəfinin açıqlamasında anti-İran terror qruplaşmalarının və casusların qərargahlarının ballistik raketlərlə vurulduğu bildirilib. Açıqlamada deyilir ki, İranın düşmənlərinin son terror cinayətlərinə cavab olaraq, casus və terrorçuların qərargahı İslam İnqilabı Keşikçiləri Korpusunun ballistik raketləri ilə hədəfə alınaraq məhv edilib. Bəyanatda Mossadın İraqdakı casus qərargahının da vurulduğu bildirilib.