Bu gün axşam saatlarında Xətai rayonu, Gəncə prospekti 2980/81 ünvanında lift qırılıb.
Hadisə nəticəsində 4 nəfər xəsarət alıb.
Metbuat.az xəbər verir ki, bu barədə TƏBİB də məlumat yayıb.
Qurumdan bildirilib ki, bu gün saat 18:13 radələrində baş verən qəza səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Dərhal hadisə yerinə 3 təcili yardım briqadası cəlb olunub.
Hadisə nəticəsində xəsarət alan 4 nəfərdən ikisi böyük (1 kişi cinsli, 1 qadın cinsli olmaqla) və 1 uşaq Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 1 uşaq isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.