Pakistan İrandakı səfirini geri çağırdı

Pakistan İrandakı səfirini geri çağırıb.

Metbuat.az xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Pakistan mənbələri yazır ki, İslamabad İranın ölkəyə hücumuna görə belə qərar verib.

Qeyd edək ki, İran Pakistanın ərazisini bombalayıb. İran tərəfi terrorçuların mövqelərini hədəfə aldığını bildirib. Pakistan tərəfi ölkənin suverenliyinin pozulduğunu əsas gətirərək, etiraz edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı