DİM-dən qəbul imtahanları ilə bağlı YENİLİK

2024-cü ildən magistraturaya qəbul imtahanlarında yenilik olacaq. Belə ki, bu il magistraturaya qəbul imtahanında kitabçaların iştirakçılara təqdim olunması nəzərdə tutulub.

Metbuat.az xəbər verir ki, bu barədə Bizim.media-nın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə bildirib.

“Bu yaxınlarda keçirilən sınaq imtahanında da bakalavrlara kitabçaları özləri ilə aparmağa icazə verildi. Hətta əlavə olaraq tapşırıqların izahı əvvəlcə canlı yayım, daha sonra isə yazılı şəkildə ictimaiyyətə təqdim olundu” - deyə, qurum rəsmisi bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR