Hərbi xidmət əleyhinə cinayətlər 24,2% azalıb

“Hesabat dövründə qeydə alınmış cinayətlər ötən illə müqayisədə ümumilikdə 6,1%, hərbi xidmət əleyhinə olan cinayətlər isə 24,2% azalıb”.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində 2023-cü il ərzində görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında Hərbi prokuror Xanlar Vəliyev deyib.

“Eyni zamanda 2022-ci illə müqayisədə 2023-cü ildə qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 40 %; özünü öldürmə həddinə çatdırma cinayətləri 9,1 %; tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 12,9 %; əmri icra etməmə cinayətləri 66,7 %; hərbi xidmətdən yayınma cinayətləri 33,7 %; hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 37,9 %; maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 26,1% və xuliqanlıq cinayətləri 16,7 % azalıb”, - o əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı