Prezidentliyə üç namizədin vəkil edilmiş şəxsləri qeydə alındı

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında prezidentliyə namizədlər Zahid Oruc və Fuad Əliyevin, o cümlədən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının vəkil edilmiş şəxslərinin qeydə alınması məsələsi müzakirəyə çıxarılıb.

Metbuat.az xəbər verir ki, məsələ barədə MSK-nın katibi Arifə Muxtarova məlumat verib.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyevdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı