​20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş görüş keçiriləcək

“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş “Tarixi yaddaşımızda 20 Yanvar” adlı görüş keçiriləcək.

Təşkilatın Mətbuat xidmətindən Metbuat.az-a məlumat verilib ki, tədbir 19 yanvar, saat 12:00-da Nizami Kino Mərkəzində baş tutacaq.

Görüşdə Azərbaycan Respublikasının Kino Agentliyinin baş direktoru Orxan Fikrətoğlu, xalq artisti Nurəddin Mehdixanlı, əməkdar jurnalist Rafiq Səməndər və fotomüxbir Rasim Sadıxov Qanlı Yanvar faciəsi ilə bağlı öz xatirələrini bölüşəcəklər. Tədbir müddətində auditoriyanın çoxsaylı suallarının cavablandırılması nəzərdə tutulur.

Qeyd edək ki, görüşdə iştirak etmək istəyən gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://bit.ly/3O7XDdv


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR