"Eurohome Azay" müflis elan edilir - İş məhkəmədə

“Eurohome” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) rəhbəri, iş adamı Azay Möhnətov məhkəməyə verilib.

Metbuat.az-ın məlumatına görə, iş adamı barədə “Azərsığorta ASC məhkəməyə müraciət edib. Şirkət iş adamının müflis elan olunmasını istəyib. ASC bu məqsədlə “Eurohome” MMC ilə yanaşı onun rəhbərləri olan iş adamı Azay Möhnətov və onun oğlu Aqil Möhnətovun hüquqi və fiziki şəxslər kimi ödəmə qabiliyyəti olmayan hesab edilməsi müflis elan olmasını istəyib.

Şikayət Bakı Kommersiya Məhkəməsinə təqdim edilib. İş hakim Günay Namazovanın icratına verilib.

Xatırladaq ki, Azay Möhnətov ölkədəki “Eurohome” ticarət şəbəkələri ilə yanaşı “AF” Holding-in sahibi, tanınmış iş adamıdır.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı