Röyadan keçmiş həyat yoldaşı ilə barışması iddiasına reaksiya - FOTO

Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilovla birgə paylaşdığı görüntülər müzakirələrə səbəb olub.

Metbuat.az modern.az-a istinadən xəbər verir ki, müğənni bir neçə gün əvvəl “Instagram” hesabında paylaşdığı videoya “köhnə xatirələr” qeydini əlavə edib. Bu görüntülər ağıllarda cütlüyün barışması ilə bağlı suallar doğurub.

Bu gün isə sənətçi paylaşımı mərhum sənətçi Rəhim Rəhimlinin xatirəsinə həsr etdiyini bildirib.

“Rəhim Rəhimlinin də yer aldığı görüntünü onun xatirəsi ilə bağlı paylaşdıq, hərə bir tərəfə yozdu. Əzizlərim, biz oğlumuzu sevirik və dost qalmışıq. Bir sözlə, nə barışıq? Hər birimiz xoşbəxtik amma öz evlərimizdə”, - deyə, o qeyd edib.

Qeyd edək ki, cütlük 2008-ci ildə evlənib, onların bu evlilikdən Hüseyn adlı bir oğulları var. Röya Ayxan və Anar Cəlilov 2014-cü ildə boşanıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı