Mourinyo “Barselona”da? - Gözlənilməz qərar

“Roma”dan qovulan portuqaliyalı məşqçi Joze Mourinyo “Barselona” klubunda baş məşqçi ola bilər.

Metbuat.az xəbər verir ki, Mourinyonun agenti Jorge Mendes təcrübəli mütəxəssisi “Barselona”ya təklif edib. Bildirilir ki, “Barselona” rəhbərliyi hələlik Xavi Hernandezi istefaya göndərmək istəmir. Lakin mövsümün sonunda klub kubok qazanmasa Xavi istefaya göndəriləcək.

Qeyd edək ki, xarici KİV-lər “Barselona” klubundakı uğursuzluqdan sonra baş məşqçi Xavi Hernandezin istefaya göndərilə biləcəyini irəli sürüb. Bildirilir ki, Xavi Çempionlar Liqası və ya İspaniya çempionu titulunu qazana bilməsə klubdan göndəriləcək. Bildirilir ki, İspaniya kubokunun finalında “Real Madrid”ə 1-4 hesablı məğlubiyyətdən sonra Xavi təzyiqlə üzləşib. Bununla belə, klub rəhbərliyi iqtisadi problemlərin olduğu bir vaxtda onu istefaya göndərməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR