Keçmiş məhkum dəmir yoluna silahla gəldi - FOTO

Keşlə dəmir yolu stansiyasında silahlı şəxs saxlanılıb.

Metbuat.az xəbər verir ki, Dəmiryolu Nəqliyyatında Polis İdarəsi Biləcəri Xətt Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Salyan rayon sakini əvvəllər məhkum olunmuş 1990-cı il təvəllüdlü Vahid Əliyev Keşlə stansiyasının ərazisində saxlanılıb. Onun üzərinə baxış zamanı 1 ədəd “*TT*” markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.

V.Əliyev odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı