"Azəriqaz"a yeni səlahiyyət verildi - Rəsmi

Yanvarın 1-dən “Azəriqaz” İstehsalat Birliyi mənzil və obyektlərdə monitorinqlərə başlayıb.

Metbuat.az-ın məlumatına görə, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev deyib. O bildirib ki, Nazirlər Kabinetinin qərarı ilə “Azəriqaz” əməkdaşlarına bu imkan yaradılıb: “Qurum əməkdaşları mənzil və obyektlərdə texniki müayinəyə başlayıb. “Azəriqaz” əməkdaşları istənilən vaxt, istənilən obyekt və mənzilə daxil olub qaz xəttinin texniki şərtə uyğun çəkilib-çəkilmədiyini araşdıracaq. Xüsusilə qış aylarında mənzil və obyektlərdə abonentlər texniki şərtdən kənara çıxır, uyğun olmayan yerlərə, standartlardan kənar xətlər çəkir. Bu da sonda bədbəxt hadisələrlə nəticələnir”.

E. Vəliyev bildirib ki, araşdırmalar zamanı hansısa abonentin texniki şərtə müdaxiləsi aşkarlanarsa, dəhral yerində akt tərtib olunacaq.


Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı