İlk Azərbaycan kosmonavtı Bakı haqqında: "Gözəl xatirələrim var"

Ötən gecə ilk türk kosmonavt Alper Gezeravcın da yer aldığı heyət "Falkon9" raketi ilə kosmosa yola düşüb.

Metbuat.az bildirir ki, bu tarixi hadisə sosial şəbəkələrdə də müzakirələrə yol açıb.

Bir çox insan Musa Manarovu xatırladaraq, Alper Gezeravcının ilk türk kosmonavt olmadığını qeyd edib. Lakin burada yanlışlıq var. Çünki Musa Manarov Bakıda doğulsa da, lak mənşəlidir. Laklar isə türk xalqı deyil, Dağıstanlı hesab edilirlər. Bir çox mənbələrdə kosmonavt Azərbaycan vətəndaşı və dağıstanlı kimi təqdim edilir.

Musa Manarov 1951-ci ildə Bakıda doğulub. Lakin uşaq yaşlarında hərbçi atasının işi ilə əlaqədar Rusiyaya - Alatır şəhərinə köçüb. O, 2009-cu ildə rus mediasına verdiyi müsahibədə Bakı ilə bağlı bunları demişdi:

"Bakıda doğulmuşam, amma qısa müddət sonra oradan ayrıldıq, atam hərbçi idi, ona görə. Dilə gəldikdə, demək olar ki, öz dilimdə danışa bilmirəm. O vaxt nənələrim sağ olanda gündəlik kəlmələri anlaya bilirdim. Sovet dövründə belə bir bölünmə olmadığı üçün öyrənmə ehtiyacı duymadım. Atam dağıstanlı olduğu üçün təbii olaraq bizə oranın adətlərini aşılayıb".

O, həyat yoldaşının da Bakılı olduğunu qeyd edib:

"Həyat yoldaşım da mənimlə eyni doğum evində həyata gəlib. Bakıda Tibb Universitetini oxuyub. Bakı mənim üçün qəribə bir kültürdür. Ora ilə bağlı maraqlı xatirələrim var. Azərbaycanlıların uşaqlara və ailəyə göstərdiyi qayğını Rusiyada görə bilmirəm".

Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR