Azad olunan ərazilərdə 4 regional ASAN xidmət fəaliyyət göstərəcək

Azad olunmuş ərazilərdə 4 ASAN xidmət mərkəzi inşa edilərək fəaliyyət göstərəcək.

Metbuat.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

O bildirib ki, hazırda Şuşa şəhərində ASAN xidmət mərkəzinin tikintisi davam etdirilir:

"Bu il həmin mərkəz fəaliyyətə başlayacaq. Eyni zamanda, gələcək illərdə Ağdam, Cəbrayıl və Laçın şəhərlərində də regional ASAN xidmət mərkəzləri fəaliyyət göstərəcək".

Cavidan Mirzəzadə / Mətbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı