Ermənistan ordusunda qeyri-döyüş şəraitində ölən hərbçilərin sayı açıqlandı

2023-cü ildə Ermənistan ordusunda qeyri-döyüş şəraitində 53 hərbçi ölüb.

Metbuat.az-ın məlumatına görə, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat açıqlayıb.

Məlumatda bildirilir ki, ötən il daha 19 hərbi qulluqçu isə başqa səbəblərdən ölüb.

Onlar qətl, intihar və intihara cəhd, avtomobil qəzası, texniki təhlükəsizliyə əməl etməmək səbəbindən, eləcə də Azat kəndində kazarmadakı yanğın və bədbəxt hadisə nəticəsində ölüblər.

Məlumatda o da bildirilir ki, 2022-ci ildə 17 hərbçi qeyri-döyüş şəraitində ölüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı