Əfqanıstan və Pakistan sərhədində toqquşma baş verdi

Əfqanıstanın Kunar əyalətində Taliban administrasiyası ilə Pakistan sərhəd qüvvələri arasında münaqişə baş verib.

Metbuat.az xəbər verir ki, Əfqan mətbuatında yer alan xəbərlərə görə, münaqişənin başa çatdığı bildirilsə də, onun miqyası ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, hər iki ölkə arasında sərhəd mübahisələrinə görə vaxtaşırı münaqişələr yaranır. Qarşıdurmalardan sonra hər iki ölkənin səlahiyyətli orqanlarının müdaxiləsi ilə gərginlik azaldılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR