Gəncədə 10 aylıq körpə niyə ölüb? - RƏSMİ AÇIQLAMA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Gəncədə 10 aylıq körpə qızın xəstəxanada ölməsi barədə açıqlama verib.

TƏBİB-dən Metbuat.az-a bildirilib ki, 2023-cü il təvəllüdlü körpə 21.01.2024-cü il tarixində saat 2:29-da ağır vəziyyətdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxanaya gətirilib:

“Tibb müəssisəsinin Uşaq İntensiv Terapiya Bölməsinə yerləşdirilən körpəyə dəqiqləşdirilməmiş bağırsaq infeksiyası və sancı diaqnozu qoyulub. Həkimlərin bütün səylərinə baxmayaraq, saat 15:30-da vəfat edib”.

Qeyd edək ki, 10 aylıq A.Yusibova qızdırma ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib. A.Yusibova bir müddət əvvəl Sumqayıtda bağırsaqlarından əməliyyat edilibmiş.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı