Sabunçu dəmir yolu stansiyasına silahla gələn şəxs saxlanıldı - VİDEO

Sabunçu dəmir yolu stansiyasında üzərində silah və narkotik maddə olan şəxs tutulub.

Metbuat.az xəbər verir ki, Dəmiryolu Nəqliyyatında Polis İdarəsi Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri növbəti tədbir nəticəsində Sabunçu dəmir yolu vağzalının ərazisində 2002-ci il təvəllüdlu Vüsal Nəcəfəliyev saxlanılıb. Onun əlindəki çantaya baxış keçirilərkən 1 kiloqram 125 qram narkotik vasitə marixuana, 1 ədəd “Browling” markalı tapança və 40 ədəd patron aşkar edilərək götürülüb. V.Nəcəfəliyev odlu silahı və narkotiki satış məqsədi ilə əldə etdiyini bildirib.
Faktla bağlı V. Nəcəfəliyev barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR