Şirvanda partlayışda xəsarət alan bu şəxs evə buraxıldı

Müdafiə Sənayesi Nazirliyinin "Şirvan Araz zavodu" MMC-də baş verən partlayış zamanı xəsarət alan üç nəfərdən biri evə buraxılıb.

Bu barədə Metbuat.az-a Şirvan Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib. Məlumata görə, hadisə nəticəsində xəsarət alan Məhəmməd İmanov səhhəti normal olduğundan ilkin tibbi yardımdan sonra evə buraxılıb. Hadisə nəticəsində xəsarət alan digər iki şəxs-Elçin Babayev və İsmayıl Muradovun müalicəsi stasionar şəraitdə davam etdirilir.

Məlumata görə. yaralıların vəziyyəti kafidir.

Xatırladaq ki, Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki “Şirvan Araz Zavodu” MMC-də baş verən partlayış nəticəsində 3 nəfər xəsarət alıb. Hadisə ilə bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı