Ağsu dolayları buz bağladı - Polis hərəkətə keçdi / FOTO

Ağsu dolaylarında hava şəraiti ilə əlaqədar polis əməkdaşları tərəfindən gücləndirilmiş xidmət təşkil olunub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Metbuat.az-a bildirilib ki, sürücülərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə zəruri tədbirlər həyata keçirilir. Nəqliyyatın hərəkəti polis əməkdaşları tərəfindən tənzimlənir, sürücülərlə profilaktik iş aparılır və onlara yollarda olan vəziyyət barədə məlumat verilir.

Vətəndaşlarımıza köməklik göstərilir, onların mənzil başına təhlükəsiz çatmaları təmin edilir. Yol patrul xidməti avtomobillərinin müşayəti ilə Ağsu rayon 16 saylı Yol İstismar İdarəsinin əməkdaşları tərəfindən əraziyə qum, duz səpilir.

Təhlükəsizlik tədbirləri davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR