Azərbaycan atıcıları Dünya Kubokunda çıxış edəcəklər

Azərbaycan atıcıları Nigar Nəsirova və Ruslan Lunyov Misirin paytaxtı Qahirədə keçiriləcək Dünya Kubokunda çıxış edəcəklər.

Metbuat.az xəbər verir ki, Ruslan Lunyov kişilər arasında 10 m məsafədən pnevmatik tapança və 25 m məsafədən tapança ilə sürətli atəş açmada qüvvəsini sınayacaq.

Nigar Nəsirova isə qadınlar arasında 10 m məsafədən pnevmatik tapança və 25 metr məsafədən standart tapança ilə atəş açma yarışlarında mübarizə aparacaq.

Onlar həmçinin 10 m məsafədən pnevmatik tapança ilə atəş açma üzrə qarışıq komanda yarışlarında iştirak edəcəklər.

Qeyd edək ki, bu gün startı veriləcək Dünya Kubokuna fevralın 1-də yekun vurulacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı