Azad edilmiş rayonlarda ət və süd istehsalı artıb - SİYAHI

2023-cü il ərzində işğaldan azad edilmiş rayonlarda quş əti də daxil olmaqla diri çəkidə 22 570 ton ət, 136 678 ton süd istehsal olunub.

Metbuat.az xəbər verir ki, 2022-ci illə müqayisədə ət istehsalı 6.1% və ya 1300 ton, süd istehsalı isə 7% və ya 8892 ton artıb. 2022-ci ildə işğaldan azad edilmiş rayonlarda quş əti də daxil olmaqla diri çəkidə 21 270 ton ət, 127 786 ton süd istehsal olunub.

Qeyd edək ki, hesabat dövündə ən çox ət Kəlbəcər və ən çox süd isə Ağdam rayonunda istehsal edilib. Belə ki, hesabat dövründə Kəlbəcərdə 6 523 ton ət, Ağdamda isə 43 727 ton isə süd istehsal olunub.

Azad edilmiş rayonlarƏt istehsalı.tonSüd istehsalı.ton
Ağdam587743727
Füzuli304229291
Xocalı1911525
Xacavənd8492722
Şuşa3732039
Cəbrayıl24319022
Kəlbəcər652323237
Qubadlı2641535
Laçın283823086
Zəngilan182494

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı