Bakıda sığınacaqdan qaçan 17 yaşlı qızla bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə yerləşdirilmiş 2007-ci il təvəllüdlü Arəstə Məmmədova sığınacaqdan qaçıb.

Metbuat.az bununla bağlı birliyin sədri Mehriban Zeynalova ilə əlaqə saxlayıb. O bildirib ki, yeniyetmə qız çətin tərbiyə olunan şəxsdir:

"Ailədə valideynləri ilə yola getmirdi. Aqressiyası və psixoloji gərginliyi var. 18 yaşına az qalıb. Xaraktercə heç kimə tabe olmaq istəməyən qızdır, istəyir heç kim ona söz deməsin. Sığınacağın da öz qaydaları var. 3 gün qaldı, istəmir kimsə ona bir tapşırıq versin. Psixoloq onun üçün rəy vermişdi ki, şəxsiyyət dəyişkənliyi var".

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı