"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və komandanın fiziki hazırlıq üzrə məqşçisi Çudomir Çokarov Almaniyaya yollanıb.
Metbuat.az-ın əldə etdiyi məlumata görə, onlar "Araz-Naxçıvan"la matçdan dərhal sonra Almaniyaya üz tutub.
Qurbanovla Çokarov 3 gün "Bayer"in (Leverkuzen) məşqində iştirak edəcəklər.
Ağdam klubunun baş məşqçisi Xabi Alonso ilə fikir mübadiləsi aparacaq, məşq prosesində tətbiq etdiyi yeniliklərlə tanış olacaq.
Onların gələcəkdə yenidən görüşləri nəzərdə tutulub.