Rəqabət Məcəlləsinin təsdiqi bu sahənin gücləndirilməsinə hüquqi baza yaradır - Natiq Cəfərli

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Qanununu təsdiqləyib.

Bununla bağlı Metbuat.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, Rəqabət Məcəlləsinin təsdiqlənməsi çoxdan gözlənilən məsələ idi:

"Uzun illərdir ki, müzakirə edilirdi, hətta 2008-ci ildən bəri dəfələrlə bu məsələ qaldırılmışdı. Nəhayət ki, qəbul olundu. Məcəllə bu sahədə bir düzən yaradılması, rəqabətin gücləndirilməsi üçün hüquqi baza yaradır. Bu hüquqi baza əsasında Azərbaycanda rəqabətcillik mühitinin aradan qaldırılmasının yolları və üsulları öz əksini tapıb".

O qeyd edib ki, bu məcəllənin daha geniş biznes çevrələrinə çatması üçün təbliğat işlərinin aparılması daha yaxşı olardı ki, onlar öz hüquqlarını bilsinlər.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı