"Yeni sabah" xəbər saytının 5 yaşı tamam oldu

Bu gün Azərbaycanın media sahəsində qısa müddətdə öz sözünü demiş "Yeni sabah" xəbər saytının 5 yaşı tamam olur.

Metbuat.az-ın məlumatına görə, sayt 2019-cu il yanvarın 25-dən fəaliyyətə başlayıb. Fəaliyyətə başladığı gündən sayt, ölkənin obyektiv və dəqiq xəbər istehsalçısına çevrilib, internet media resursları arasında qısa müddət ərzində tanınıb.

Saytda cəmiyyətin bütün sosial təbəqələrini maraqlandıracaq xəbərlər, müsahibələr, araşdırma və açıqlamalar yayımlanır.

“Yeni Sabah”, xəbər saytı kimi, ölkədə və dünyada baş verən hadisələri operativ, düzgün şəkildə oxuculara çatdırmaqda xüsusi fəallığı ilə tanınır, dövlət qurumları, ictimai təşkilatlarla əməkdaşlıqda öz dəsti-xətti ilə fərqlənir. Sayt kollektivinin fədakar çalışqanlığı nəticəsində bu gün "Yeni Sabah" onminlərlə oxucunun inamını qazanıb.

Metbuat.az olaraq "Yeni Sabah" kollektivini təbrik edir, gələcəkdə daha böyük uğurlar, yorulmaz fəlaiyyət arzulayırıq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR