Peres və Arda arasında sürpriz görüş - Türk futbolçu qərarını açıqladı

“Real Madrid” prezidenti Florentino Pereslə Arda Güler arasında sürpriz görüş olub.

Metbuat.az xəbər verir ki, “Real Madrid”ə yaxın mənbələrdən mediaya verilən məlumata görə, Pereslə görüşdən sonra Arda Gülerin “Real Madrid”də qalmasına qərar verilib. Bu görüşün Ardanın icarəyə veriləcəyi barədə xəbərlərə son qoymaq üçün baş tutduğu bildirilir. “Real Madrid”in gənc ulduza güvəndiyi və Karlo Ançelottinin Ardaya mövsümün qalan hissəsində şans verəcəyi bildirilir. Arda Güler susqunluğunu pozaraq komandada qalmaqda qərarlı olduğunu bildirib.

Ulduz futbolçu "Karlo Ançelottinin mənə güvənməsi üçün əlimdən gələni edəcəyəm, "Real Madrid"dən ayrılmayacağam" deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR