Siyasi partiyaların neçə müşahidəçisi prezident seçkilərini izləyəcək? - AÇIQLANDI

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini siyasi partiyaların 30 minə yaxın müşahidəçisi izləyəcək.

"Seçki-2024" - Müstəqil Media Mərkəzindən Metbuat.az-a verilən məlumata görə, müşahidəçilər Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyalarında akkreditasiyadan keçiblər.

Bildirilib ki, müşahidəçilərin namizədlikləri 19 siyasi partiyadan irəli sürülüb və bu proses hal-hazırda intensiv şəkildə davam edir.

Qeyd edək ki, seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı