"Barselona" Xavi barədə qərar verdi

"Barselona" mövsümün sonuna qədər Xavi Hernandezi istefaya göndərməyəcək.

Metbuat.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Bildirilir ki, “Barselona” klubu mövsümün sonunda kubok qazansa, klub onunla işləməyə davam edə bilər.

Qeyd edək ki, “Barselona” klubunun mövsümün sonunda iki kubok əldə etmək imkanı var. “Barselona” İspaniya La Liqasında liderdən 7 xal geridə qalaraq, 3-cü yerdə qərarlaşıb. Çempionlar Liqasının 1/8 mərhələsində isə “Barselona” – “Napoli” ilə qarşılaşacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR