Ötən il Azərbaycanda 2.2 mlrd. ədədə yaxın yumurta istehsal edilib

2023-cü il ərzində Azərbaycanda 2 milyard 188,1 milyon ədəd yumurta ( bütün növ ev quşlarından alınmış yumurtalar daxil olmaqla) istehsal edilib.

Metbuat.az xəbər verir ki, yumurta istehsalı 2022-ci illə müqayisədə 8.4% və ya 170 milyon ədəd artıb.

Hesabat dövründə quşçuluq müəssələrində 1 milyard 53,5 milyon ədəd toyuq yumurtası istehsal edilib ki, bu da 2022-ci illə müqayisədə 19.7% və ya 173.5 milyon ədəd çoxdur.

Ötən il quşçuluq müəssələrində yumurtlayan toyuqların sayı 4 milyon 422.1 min baş təşkil edib və hər yumurtlayan toyuqdan orta hesabla 244 ədəd yumurta alınıb.

Qeyd edək ki, bu dövrdə ən çox yumurta Hacıqabul ( 414 milyon ədəd), Xızı ( 407,8 milyon ədəd) və Sabirabad ( 215,7 milyon ədəd) rayonlarında istehsal edilib.

Xatırladaq ki, Azərbaycan ötən ilin dekabr ayında Rusiyaya yumurta ixrac etməyə başlayıb. İndiyə qədər Azərbaycandan Rusiyaya 4.2 milyon ədəd yumurta ixrac edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı