Ombudsman 6 nömrəli məktəbdəki hadisəni nəzarətə götürüb

Bakı şəhəri T.İsmayılov adına 6 nömrəli məktəb-liseydə zorakılıq hadisəsinin baş verməsi ilə bağlı mediada yayılan məlumat dərhal Ombudsman Aparatı tərəfindən nəzarətə götürülüb.

Metbuat.az xəbər verir ki, bu barədə Ombudsman Aparatından məlumat verilib. Qeyd edilib ki, sözügedən məsələ ilə bağlı Ombudsman Aparatına daxil olmuş müraciətlə əlaqədar aidiyyəti səlahiyyətli dövlət qurumlarına sorğular göndərilib, məktəbin direktoru ilə əlaqə saxlanılıb.

"Hazırda araşdırma davam etdirilir. Nəticəsi barədə müraciət müəllifinə əlavə məlumat veriləcək", - deyə cavabda qeyd edilib.

Xatırladaq ki, bir müddət əvvəl Bakı şəhəri 6 nömrəli məktəb-liseydə II sinif şagirdinin VII sinif şagirdləri tərəfindən zorakılığa məruz qalması ilə bağlı məlumat yayılıb. Bu barədə səsləndirilən iddialar çərçivəsində aparılan araşdırmalardan sonra məktəb rəhbərliyinə xəbərdarlıq edilib. Həmçinin VII sinif şagirdlərindən birinin başqa məktəbə keçirilməsi ilə bağlı qərar qəbul edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı