Tramp ittiham edildi: 83 milyon dollar təzminat ödəyəcək

ABŞ-nin keçmiş prezidenti Donald Tramp 83 milyon dollar təzminat ödəyəcək.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Nyu-Yorkda yazıçı Elizabet Cin Kerrolla qarşı zorlama və təhqir işi üzrə məhkəmə prosesi nəhayət yekunlaşıb. Münsiflər heyəti keçmiş ABŞ prezidentinin qadının reputasiyasına vurduğu ziyanı əsas gətirərək Trampı ümumilikdə 83,3 milyon dollar təzminat ödəməyə məhkum ediblər.

Bu qərardan sonra Tramp sosial media platforması “Truth Social”dakı hesabında "Tam cəfəngiyyatdır. Bu qərarla heç bir şəkildə razılaşmıram. Bura Amerika deyil" deyə şərh paylaşıb.

Qeyd edək ki, Tramp yazıçıya qarşı cinsi zorakılıq və böhtan atmaqda ittiham edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı