AŞPA-nın əsas qərəzi Azərbaycanın suverenliyinin bərpa edilməsi ilə bağlıdır - XİN rəhbəri

Tamamilə razıyam ki, AŞPA-nın əsas qərəzi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi ilə bağlıdır.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

"AŞPA-da ölkəmizə qarşı atılan qərəzli addımı qətiyyətlə pisləyirik. Azərbaycan nümayəndə heyəti öz mövqeyini bildirib. Tamamilə razıyam ki, bu qəzəbli addımın atılması ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsidir. Avropa Parlamentinin mövqeyi həmişə mövcud idi, Azərbaycan nümayəndə heyəti də bu ittihamlara cavab verirdi.

Belə bir mövqeyin sistemli şəkildə, təşkil olunmuş formada tətbiq edilməsində hansısa yeni element olmalıdır. Bu isə tamamilə yeni davranışı ortaya qoydu. Ötən il 19-20 sentyabr tarixində Azərbaycan nümunəvi bir şəkildə, bütün norma və prisnipləri qoruyaraq öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi", - nazir qeyd edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış edib.

"Biz Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin etimadnaməsinə etiraz etmək təşəbbüsünü bu çirkin kampaniyanın tərkib hissəsi kimi dəyərləndiririk. Biz, həmçinin bu təşəbbüsü Azərbaycanda hazırda gedən seçki prosesinə əsassız müdaxiləyə yönəlmiş məqsədyönlü və qəbuledilməz cəhd, ölkəmizdə demokratik təsisatların fəaliyyətinə xələl gətirən məkrli addımların bariz nümunəsi kimi qiymətləndiririk. Nümayəndə heyətimizin etimadnaməsini ratifikasiya etməkdən imtina ilə bağlı təklif bütövlükdə Avropa Şurasının etibarlılığına və qərəzsizliyinə ciddi zərbə olacaq, bunun ciddi və geri dönməz nəticələrinə görə məsuliyyət tamamilə onun təşəbbüskarlarının üzərinə düşəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı