Ermənistan mina xəritələri ilə bağlı oyun oynayır - Nazir

Ermənistan 2020-ci ildən bəri mina xəritələri ilə bağlı oyun oynayır.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

"Mina xəritələri, mina mövzusu çox həssas məqamdır. Belə mövzu ilə bağlı Ermənistan 2020-ci ildən bəri oyun oynayır. Ermənistan əvvəllər belə bir xəritənin mövcudluğunu tamamilə inkar edirdi. Sonradan təqdim edilən isə tamamilə yararsız kağızlardır. Ermənistanın minanı döşədiyini, amma harada olduğunu bilmədiyini deməsi absurddur", - nazir qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı