Ermənistan sülh müqaviləsi üzrə növbəti paket təqdim edib - RƏSMİ

Yanvar ayının əvvəlində Ermənistan tərəfindən sülh müqaviləsi üzrə növbəti paket əldə etmişik.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

"Hazırda Azərbaycan tərəfi prosedura uyğun olaraq həmin paket üzrə öz daxili işlərini həyata keçirir. Hesab edirəm ki, növbəti həftələr ərzində, böyük ehtimalla, bizim tərəfimizdən Ermənistana cavab təqdim olunacaq.

Bildiyiniz kimi, sülh müqaviləsi üzrə danışıqlar həm də birbaşa görüşlər vasitəsilə aparılır", - nazir qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı