Qətlə yetirilən zabitimizin görüntüsü - FOTO

Xəbər verdiyimiz kimi, bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, zabit Abdullayev Amil Hümbət oğlu qətlə yetirilib.

Fakt üzrə Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanılıb, hadisə yerinə və meyitə baxış keçirilib.

İlkin istintaqla, ordumuzun zabiti A.H.Abdullayevin digər zabit Abdullayev Nizami Eynulla oğlu tərəfindən aralarında yaranmış mübahisə zəmnində qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən olunub. O, şübhəli şəxs qismində tutularaq, istintaqa cəlb edilib.

Qətlə yetirilən zabitin fotosunu təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı